Bərdədə çörəkbişirmə müəssisəsində yanğın olub

HADİSƏ

03 Fevral 2023 | 11:07

162 dəfə oxunub

Bərdə rayonunda çörəkbişirmə müəssisəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun Birinci Qaradəmirçi kəndində ümumi sahəsi 515 m² (1-ci mərtəbəsi 500 m², 2-ci mərtəbəsi 15 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsində yerləşən ofis otağında əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Çörəkbişirmə sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023