Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

İDMAN

04 Oktyabr 2022 | 10:21

1788 dəfə oxunub

"Olimpiakos"un Yunanıstanda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hücum xəttində oynatmaq istədiyi futbolçu bəlli olub.

REYD "Sdna" nəşrinə istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales start heyətdə yarımmüdafiəçi Pep Bielə şans vermək niyyətindədir.

59 yaşlı mütəxəssis ispaniyalı oyunçunu "yalançı 9 nömrə" mövqeyində meydana buraxmağı planlaşdırır.

Zədəli hücumçulardan Yussef Əl-Arabi matçı buraxacaq, Hvan Uy Conun durumu isə hələllik bəlli deyil. Digər forvard Sedrik Bakambu avrokubok qarşılaşmaları üçün sifariş olunmayıb. İspaniyalı baş məşqçi ön xətdə çıxış edən Abubakar Kamaranın oyunundan isə razı deyil.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023