“Barselona”nın qapıçısı “Top-5” liqalara başçılıq edir

İDMAN

24 Yanvar 2023 | 10:33

1494 dəfə oxunub

İspaniyanın “Barselona” klubunun futbolçusu Mark-Andre ter Ştegen qapıya ünvanlanan zərbələrin dəf edilməsi faizinə görə, Avropanın “Top-5” liqalarına başçılıq edir.

REYD xəbər verir ki, almaniyalı qapıçı cari mövsüm İspaniya La Liqasında zərbələrin 84,6 faizində komandasını xilas edib.

Onu Fransa “Reyms”inin qolkiperi Yevann Diuf izləyir (83,9%). Nik Poup (“Nyukasl”, İngiltərə - 82,3%) üçüncü, Xeronimo Ruli (“Vilyarreal”, İspaniya - 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə - 82%) növbəti yerlərdə qərarlaşırlar. Onlardan Ruli yanvarın əvvəlində “Ayaks”a keçib.

Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.

Qeyd edək ki, “Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-də qol buraxmayıb, qapısında cəmi 6 top görüb. Bu, aparıcı Avropa çempionatlarında ən yaxşı göstəricidir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023