Balakəndə həmyerlisinin qulağını kəsən şəxs saxlanılıb

HADİSƏ

27 Iyul 2022 | 11:03

2558 dəfə oxunub

Balakəndə həmyerlisinin qulağını kəsən şəxs saxlanılıb.

REYD xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlisinin bədəninə bıçaqla xəsarət yetirib qulağını kəsən şəxsin Balakən şəhər sakini 31 yaşlı İsrafil Seyidov olduğu məlum olub.Keçirilmiş tədbir nəticəsində İsrafil Seyidov saxlanılıb. Hadisə zamanı işlətdiyi bıçaq ondan maddi sübut kimi götürülüb, izahatı alınıb.

Qeyd edək ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023