Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır

DÜNYA

05 Oktyabr 2022 | 10:04

1669 dəfə oxunub

AZAL noyabr ayından etibarən Bakı-Mumbay arasından birbaşa uçuşlara başlayacaq.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla həyata keçiriləcək. Məlumata görə, bu da sərnişinlərin Bakıdan Mumbaya və əks istiqamətə beş saata çatmasına imkan verəcək. Artıq Mumbaydan uçuşlar üçün aviabiletlərin satışına başlanılıb və tələbatın yüksək olacağı gözlənilir: "Dekabrın ortalarında səyahət üçün Mumbay-Bakı reyslərində ekonom sinif yerləri hazırda aviaşirkətin saytında satılıb. Gediş-gəliş üçün biznes sinif oturacaqlarının qiyməti təxminən 1770 ABŞ dolları təşkil edir" - deyə, bildirilib.Qeyd edək ki, avqust ayından etibarən Bakı və Dehli arasında həftədə iki dəfə olmaqla uçuşlara başlanılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023