Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

HADİSƏ

03 Dekabr 2021 | 17:21

2381 dəfə oxunub

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə və qismən taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

FHN-dən verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər xilas və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023