Bakıda və 4 rayonda ağac kəsməklə bağlı cinayət işləri başlanıb

HADİSƏ

13 Iyun 2022 | 12:25

284 dəfə oxunub

Öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazidə, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Araşdırmalarla bəzi aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşmasına, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.



SON XƏBƏRLƏR

27 Iyun 2022
25 Iyun 2022
24 Iyun 2022
23 Iyun 2022
22 Iyun 2022
21 Iyun 2022
20 Iyun 2022
17 Iyun 2022
15 Iyun 2022
14 Iyun 2022