Bakıda restoranda yanğın olub

HADİSƏ

01 Dekabr 2021 | 15:59

2384 dəfə oxunub

Bakıda restoranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Bəydəmirli kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023