Bakıda qəribə olay

HADİSƏ

03 Oktyabr 2022 | 14:27

1736 dəfə oxunub

Bakıda polisə yalan məlumat verən şəxs tutulub.

REYD DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurova məxsus “Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023