Bakıda polis rəisinin qardaşı ofisə basqın edib

HADİSƏ

03 Fevral 2023 | 16:54

204 dəfə oxunub

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

REYD xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

 



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023