Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı

CƏMİYYƏT

28 Iyun 2022 | 16:34

2685 dəfə oxunub

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

REYD “qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023