Bakının Xəzər rayonunda ümumi sahəsi 70 m² olan ərzaq mağazası yanıb.
Fövqəladə Hallar Nazirliyindən Pressa-ya verilən məlumata görə, mağazanın içərisində olan mallar 60 m² sahədə yanıb.Yüksək temperaturdan 2 ədəd vitrin soyuducusu əriyib. Mağazanın qalan hissəsi, bitişik tikili və ev yanğından mühafizə olunub.