Bakıda daha bir tələbə boğularaq öldü

HADİSƏ

27 Iyun 2022 | 16:24

2437 dəfə oxunub

Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub. APA TV xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.

Qeyd edək ki, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.

O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023