Bakıda anbardan 30 min manatlıq oğurluq olub

HADİSƏ

19 May 2022 | 12:56

2374 dəfə oxunub

Bakıda anbardan oğurluq edilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023