Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

HADİSƏ

21 Iyun 2022 | 14:13

2601 dəfə oxunub

Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REYD-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən ittiham olunan - Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli biliniblər. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023