Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatındakı 666 məhkuma Amnistiya aktı tətbiq edilib

CƏMİYYƏT

01 Dekabr 2021 | 12:15

2480 dəfə oxunub

Bu günə kimi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmə verilən təqdimatlar əsasında azad edilib.

REYD-in məlumatına görə, bunu Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

İdarə rəisi bildirib ki, 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib: "Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub".

N. İsmayılov qeyd edib ki, Amnistiya aktı əsasında cəzadan azad olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatan, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlər olub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023