Bakı sakininə qarşı quldurluq edən 2 nəfər tutulub

HADİSƏ

12 Yanvar 2022 | 15:46

2980 dəfə oxunub

Bakıda sosial şəbəkədə tanış olub, görüşdüyü şəxsə qarşı quldurluq edən 2 nəfər saxlanılıb.

REYD-in məlumatına görə, yanvarın 10-da paytaxt sakini Sahib Tağızadə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, yanvarın 9-da Ramana qəsəbəsi, 2-ci sahədə əvvəlcədən sosial şəbəkədən Kənan Əliyev kimi tanıdığı şəxslə ondan "Skottish" cinsli pişiyi götürərək cütləşdirmək məqsədilə görüşüblər. Zərərçəkən qeyd edib ki, K.Əliyev kimi tanıdığı şəxs onun yanına başqa bir nəfərlə gəlib. Onlar yol gedən zaman tanımadığı şəxs xuliqanlıq zəminində üz nahiyəsinə kəllə zərbəsi vurub, üzərində olan "Redmi 6" mobil telefonunu və maaş kartını alaraq hadisə yerindən uzaqlaşıb.

Şikayət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş 1992-ci il təvəllüdlü Məhəmməd Əliyev və 2003-cü il təvəllüdlü Kənan Abdullayev saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023