Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb

HADİSƏ

27 Iyun 2022 | 11:56

2436 dəfə oxunub

Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Ə.Əlizadə cari il mayın 5-də bir nəfərin onun nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almasını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən qəsəbə sakini A.Sultanov müəyyən edilərək saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023