“Azərpoçt”un şöbə rəisi külli miqdarda mənimsəmədə ittiham olunur

Gündəm

01 Dekabr 2021 | 10:25

2399 dəfə oxunub

“Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb.

REYD-in məlumata görə, şöbə rəisi Əhmədov Eldar Camal oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci ( mıənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

E. Əhmədov barəsində aparılan ibtidai istintaq başa çatıdılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023