“Azəriqaz” gələn il yaşayış məntəqələrinin qazlaşdırılmasını kəskin artıracaq

İQTİSADİYYAT

23 Noyabr 2022 | 16:15

1503 dəfə oxunub

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2023-cü ilin qazlaşdırma proqramı çərçivəsində təxminən 140 yaşayış məntəqəsinin qazlaşması nəzərdə tutulub.

REYD-in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Facebook" sosial şəbəkəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bu göstəriciyə həm qazlaşdırılması nəzərdə tutulan kəndlər, həm də yaşayış massivləri daxildir.

Rəşad Cavadov onu da qeyd edib ki, bu il üçün nəzərdə tutulan qazlaşma işləri yekunlaşmağa doğru gedir və təxminən 95% yerinə yetirilib.

Xatırladaq ki, “Azəriqaz” tərəfindən bu il təqribən 110 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Beləliklə, bu il ilə müqayisədə gələn il qazlaşma işlərinin 27% artacağı gözlənilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023