Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

İDMAN

11 Sentyabr 2023 | 10:01

402 dəfə oxunub

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

REYD xəbər verir ki, bu haqda AFFA məlumat yayıb.

Bildirilib ki, o, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq. Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq. 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023