Azərbaycanın ABŞ ilə mənfi ticarət saldosu iki dəfə daralıb

İQTİSADİYYAT

20 Aprel 2022 | 10:42

2532 dəfə oxunub

Bu ilin I rübündə Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 105,338 mln. dollar təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 22,1% azdır.

REYD Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan ABŞ-a ixracın həcmi 29,312 mln. dollar, idxal isə 76,025 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 60,04% artıb, idxal isə 34,92% azalıb.Nəticədə, 2022-ci ilin yanvar-mart aylarında 46,7 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,1 dəfə azdır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023