“Azərbaycanfilm”də yanğın olub

HADİSƏ

20 May 2022 | 14:16

2358 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.Yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Yanğın barədə "Azərbaycanfilm" kinostudiyası da məlumat yayıb. Məlumatda deyilir ki, bu gün günorta saat 13.00 radələrində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın hadisəsi baş verib: "Qısa müddət ərzində əməkdaşlar evakuasiya olunub. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 15 kv. m ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın olan otaq istifadədə olmayan kartonların müvəqqəti olaraq yığıldığı yer olub. Yanğının baş vermə səbəbləri araşdırılır".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023