Azərbaycanda XXI əsrdə ən çox böyükhesablı qələbə qazanan komandalar bəlli olub

İDMAN

12 Yanvar 2022 | 12:21

2816 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox böyükhesablı qələbə qazanan komandalar müəyyənləşib.

Apasport.az saytı 2001-ci il yanvarın 1-dən indiyədək ən çox oyunda 3 və ya daha çox top fərqilə qalib gələn komandaları müəyyənləşdirib.Siyahıda 11 klub daxil edilib. Darmadağınlar üzrə əsrin rekordçusu “Qarabağ”dır. Ağdamlılar bu müddətdə 77 belə qələbə qazanıb.

“Neftçi”nin aktivində 64 böyükhesablı qələbə var. İlk “üçlüy”ü qapayan “Keşlə”də “50”ni keçib.

“Top-5”də tarixin yaddaşına köçən “Bakı” və “Xəzər Lənkəran”ın da olması futbolumuzun nə qədər güclü komandaları itirməsi anlamına gəlir. Ümumiyyətlə, “11-lıik”də 6 belə komanda var. “Turan və AZAL-ın yer aldığı cədvələ əsrin qısa bir hissəsini yaşayan “Karvan”la “Şəmkir” də düşüb.

Premyer Liqa təmsilçilərindən “Qəbələ”, I divizion klublarından “Kəpəz” də darmadağın sayı ilə öyünə bilər. “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” isə bu komandalar arasına düşə bilməyib.

1. “Qarabağ” - 77
2. “Neftçi” - 64
3. “Keşlə” - 54
4. “Xəzər Lənkəran” - 42
5. “Bakı” - 37
6. “Qəbələ” - 32
7. AZAL - 21
8-9. “Karvan” - 21
8-9. “Turan” - 21
10-11. “Kəpəz” - 19
10-11. “Şəmkir” - 19



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023