Azərbaycanda qəzalar zamanı ölən piyadaların sayı AÇIQLANDI

Gündəm

09 Sentyabr 2021 | 14:56

1895 dəfə oxunub

Cari ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41 %-ni piyadaların vurulması təşkil edir.

 BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumatda qeyd olunub. 

Belə ki, sözügedən qəzalar nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb.

Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4 %-ni piyada vurma hadisələri təşkil edir ki, bu da 80 nəfərin həyatını itirməsinə, 107 nəfərin yaralanmasına səbəb olub.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə piyada vurma hadisələrinin 90 %-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023