Azərbaycanda "Instagram" istifadəçilərinin sayı açıqlanıb

Multİmedia

12 Yanvar 2022 | 12:15

3708 dəfə oxunub

Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı 4 073 400 nəfər təşkil edib.

Bu bir il öncəki göstəricidən 17% və ya 593,4 min nəfər çoxdur.Hazırda ölkə əhalisinin 39,6%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 62,8% kişilər, 37,2%-i isə qadınlardır.

Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588,6 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411,4 min nəfərlə liderlik edir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023