Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,2 milyonu ötüb

Multİmedia

15 Dekabr 2021 | 11:44

3827 dəfə oxunub

Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 3% artıb.

Apa-Economics"in əldə etdiyi məlumata görə, dekabrın 1-i tarixinə ölkə üzrə 5 230 100 nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 50,9%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilər, 35,3%-i isə qadınlardır.

Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973 700 nəfər) ibarət olub.

Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626 300 nəfərlə liderlik edir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023