Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 25% artıb

Multİmedia

12 Yanvar 2022 | 10:04

3330 dəfə oxunub

Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı 5 230,1 min nəfər təşkil edib.

Apa-Economicsin əldə etdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 25% və ya 1 045,1 mln. nəfər çoxdur.

Hazırda ölkə əhalisinin 50,9%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 64,7% kişilər, 35,3%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973,7 min) ibarət olub.

Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626,3 min nəfərlə liderlik edir.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023