Azərbaycanda daha 59 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

ÖLKƏ

24 Yanvar 2023 | 17:13

1194 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REYD-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.

Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023