Azərbaycanda daha 32 nəfər COVID-19-a yoluxub

ÖLKƏ

24 May 2023 | 16:41

143 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REYD-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 420 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 87 nəfərdir.

Ölkədə son sutka ərzində 1 235, hazırkı dövrədək isə 7 614 928 test aparılıb.

 



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023