Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

ÖLKƏ

05 Oktyabr 2022 | 16:41

1629 dəfə oxunub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 865 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 228 nəfər müalicə olunaraq sağalıb, 9925 nəfər vəfat edib, aktiv xəstə sayı 712 nəfərdir.

Ölkədə son sutka ərzində 3863, hazırkı dövrədək isə 7 264 095 test aparılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023