Azərbaycanda COVID-ə sutkalıq yoluxma 400-ə yaxınlaşıb, 2 nəfər vəfat edib

ÖLKƏ

27 Iyul 2022 | 17:11

935 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, 9741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.

Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.



SON XƏBƏRLƏR

05 Oktyabr 2022
04 Oktyabr 2022
03 Oktyabr 2022