Azərbaycan Türkiyə ilə elmi-tədqiqat işlərinin təşkilinə dair əməkdaşlıq edəcək

ÖLKƏ

27 Oktyabr 2021 | 16:15

3355 dəfə oxunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi Şərqi Aralıq dənizi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Abdullah ÇİL ilə əməkdaşlıq görüşü keçirilib.

REYD xəbər verir ki, institutun direktoru Faiq Xudayev əməkdaşlıq görüşünün əhəmiyyətini qeyd edərək həyata keçiriləcək işlərdən bəhs edib. Həmkarlar hər iki ölkənin norma və qanunları çərçivəsində qarşılıqlı faydalı elmi-tədqiqat işlərinin təşkili, əlaqələrin gücləndirilməsi və asanlaşdırılması barədə razılığa gəliblər.

Belə ki, bitki nümunələrində, məhsullarda genetik materiallar, bilik və təcrübə mübadiləsi, təkmilləşdirmə, toxum istehsalı, istehsal texnologiyaları mövzuları üzrə tədqiqatların planlaşdırılması və aparılması, müəyyən edilmiş tədqiqat istiqamətləri çərçivəsində konfrans və seminarların təşkili də daxil olmaqla birgə fəaliyyətlər həyata keçiriləcək. Həmçinin iki ölkənin tədqiqatçılarının qarşılıqlı səfərlərinin asanlaşdırılması, birgə işlənəcək məsələlərdə innovativ yanaşmaların qəbul edilməsi qarşıda duran məqsədlərdəndir. Tədqiqatların nəticələrinə dair məqalələr jurnallarda, məcmuələrdə və bülletenlərdə  dərc olunacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023