Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi - FOTO

İDMAN

22 Sentyabr 2021 | 13:26

3107 dəfə oxunub

Azərbaycan taekvondosuna ağır itki üz verib.

REYD xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş S.Məmmədli 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Məmmədli 2002-ci ilədək Taekvondo Federasiyasının prezidenti olub. Ondan sonra bu vəzifəyə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov seçilib.

O, son günlərədək Azərbaycan Hapkido Federasiyasının prezidenti idi.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023