Azərbaycan-Rusiya sərhədində daha 10 sərhəd nişanı quraşdırılıb, 1 sərhəd nişanı demontaj olunub

Gündəm

17 Mart 2023 | 11:35

1120 dəfə oxunub

Ötən il “Demarkasiya işçi qruplarının 2022-ci il üzrə birgə səhra çıxış planı”na əsasən dövlət sərhədinin 38-43-cü delimitasiya nöqtələri arasında Rusiya tərəfi ilə birgə sərhəd xətti dəqiqləşdirilib.

REYD xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, ərazidə 10 sərhəd nişanı quraşdırılıb, 1 sərhəd nişanı demontaj olunub.

Bundan başqa, 1 sərhəd nişanın yeri dəyişdirilib. Bununla da Rusiya və Azərbaycan arasında sərhəd nişanların sayı 187-ə çatıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023