Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub

İDMAN

21 Sentyabr 2021 | 09:33

2281 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Tondela"nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

REYD-in məlumatına görə, 22 yaşlı hücumçu "Braqa"ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib.

Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb.

Qeyd edək ki, "Tondela" 6 oyundan sonra 3 xalla 16-cı, "Braqa" isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023