Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

İDMAN

22 Noyabr 2022 | 17:27

1437 dəfə oxunub

Azərbaycan kubokunda 1/4 finalın ilk cütü müəyyənləşib.

REYD-in məlumatına görə, 1/8 finaldan azad olan “Qarabağ”ın rəqibi müəyyənləşib.

Ölkə çempionunun rəqibi “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında dəqiqləşib. Böyük hesabla qalib gələn “qırmızı-qaralar” Ağdam klubu ilə görüşəcək.

1/4 finalın ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də baş tutacaq. “Qarabağ” - “Qəbələ” cütündə ilk oyun ağdamlıların meydanında təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalın digər cütləri sabah dəqiqləşəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023