Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert olacaq

Gündəm

14 Yanvar 2022 | 15:54

3268 dəfə oxunub

Yanvarın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, professor, “Humay” milli mükafatı laureatı, bəstəkar Azər Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.

Filormoniyadan verilən məlumata görə, Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarın əsərləri səslənəcək.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023