Avtomobillə qudasını əzib öldürdü, tutuldu - RƏSMİ AÇIQLAMA

HADİSƏ

23 Sentyabr 2021 | 09:53

2422 dəfə oxunub

Sentyabrın 22-i saat 14:00 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar. Əmiraslan Nağıyev İkinci Qarabağ müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023