Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

İDMAN

24 Noyabr 2022 | 10:33

1395 dəfə oxunub

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.

17 min tamaşaçı tutumuna malik “Raiffeisen Arena”da açılış matçı fevralın 24-də ölkə çempionatının XIX turu çərçivəsində LASK-la “Lustenau” arasında olacaq.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023