Avropada yeraltı anbarlarda qaz ehtiyatları 80%-dən aşağı düşüb

İQTİSADİYYAT

23 Yanvar 2023 | 11:45

1315 dəfə oxunub

Avropada yeraltı anbarlarda qaz ehtiyatları 80%-dən aşağı düşüb və əlverişli hava şəraiti səbəbindən ilin bu vaxtı üçün tarixi maksimum səviyyəsində qalıb.

REYD-in "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın Qazın Nəqli Sistemləri Operatorları Assosiasiyası) məlumatına istinadən verdiyi xəbərə görə, yanvarın 21-də Aİ ölkələrindəki anbarlardan qazın çıxarılma səviyyəsi 588 mln. kubmetr təşkil edib (2018-ci ildən bu gün üçün ən aşağı göstərici), qazın vurulma səviyyəsi isə 25 mln. kubmetr olub.

Qeyd edək ki, anbarlardan qazın çıxarılması 2022-ci il dekabr ayının ortalarına olan göstərici səviyyəsində qalır, lakin bu həftə bölgədə temperatur bir neçə dərəcə yüksələcək.

Eyni zamanda, Avropa İttifaqı ölkələri tərəfindən Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün müraciətlər aşağı səviyyədə qalır və yanvarın əvvəlindən 44% azalıb.

Avropada istilik mövsümü noyabrın 14-də başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan 22,87 mlrd. kubmetr qaz çıxarıb.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023