Avropa Liqasında 42 illik həsrət sona çatıb

İDMAN

19 May 2022 | 10:01

2234 dəfə oxunub

Avrokubokların 2021/22 mövsümünün ilk qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın Sevilya şəhərində Avropa Liqasının final matçı baş tutub.Qitənin ikinci dərəcəli klub turnirinin həlledici görüşündə “Ayntraxt”la “Reyncers” üz-üzə gəlib. “Ramon Sançes Pisxuan”dakı qarşılaşmanın 90 dəqiqəsində komandalar hərəyə 1 qolla kifayətlənməli olub. Bu da oyunun əlavə vaxta getməsi ilə nəticələnib. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə "Ayntraxt" rəqibini üstələyib.

Bununla “Ayntraxt” 42 illik həsrətə son qoyaraq, tarixində ikinci dəfə turnirin qalibi olub. Frankfurtlular buna qədər yalnız bir dəfə - 1980-ci ildə turnir UEFA Kuboku adlandığı vaxt kuboku başı üzərinə qaldırıb. “Reyncers” isə avrokuboklarda keçirdiyi 5-ci final oyununda 4-cü dəfə məğlubiyyətə düçar olub.

Avropa Liqası
Final
18 may
23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya) - 1:1 (Penaltilərlə 5:4)
Qollar: Borr, 69 - Aribo, 57
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023