Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar - FOTO

CƏMİYYƏT

11 Sentyabr 2021 | 09:39

9614 dəfə oxunub

Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda qonaq olublar

Reyd xəbər verir ki, institutun direktoru Faiq Xudayev könüllülərə institutun fəaliyyət istiqamətləri və orada aparılan işlər haqqında qısa məlumat verib.

Vurğulanıb ki, son zamanlar aqrar sahədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun xüsusi rolu var. Həmçinin könüllülərə institutda aparılan elmi-tədqiqat işləri, respublikamızın regionlarından, cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları barədə geniş məlumat verilib. 

Sonra könüllülər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun muzeyində, 40 min kitaba sahib kitabxanasında, laborotoriyada olublar. Bundan başqa, könüllülər institutun Genbankı ilə, eləcə də təcrübə sahələrində əkilən soya və kinoa bitkiləri ilə də tanış olublar.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023