Ankarada yaşayış binasında baş verən partlayışda azı bir nəfər ölüb
REYD xəbər verir ki, bu barədə yerli “Hürriyet” nəşri yazıb.
İlkin məlumatlara görə, hadisə qaz sızması nəticəsində baş verib.
Nəşrin sözlərinə əsasən, Ankaranın Mamak rayonunda 6 mərtəbəli binanın birinci mərtəbəsində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb.
Hazırda hadisə yerində axtarış-xilasetmə və araşdırma işləri aparılır, xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.