Amnistiya aktı nəticəsində bu gün 114 nəfər azadlığa buraxılacaq

Gündəm

03 Dekabr 2021 | 11:34

2822 dəfə oxunub

Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsində amnistiya şamil edilən 9 nəfər azadlığa buraxılıb.

REYD-in xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib.

O deyib ki, yuxarıda adıçəkilən müəssisədən daha 10 nəfərin gün ərzində azadlığa buraxılması nəzərdə tutulub.

A.Sabitovanın sözlərinə görə, bu gün 5 müəssisədən 114 nəfər azadlığa buraxılacaq.

Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023