AMEA: Şəkidə Xaçvari kilsə və Zəyzid qalası dağılma təhlükəsi ilə üz-üzədir

MƏDƏNİYYƏT

03 Noyabr 2022 | 15:50

1854 dəfə oxunub

AMEA-nın Tarix İnstitutun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar.

AMEA-dan REYD-ə verilən xəbərə görə, mütəxəssislər Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisidə mövcud olan qədim qəbristanlıq ərazisi (qədim alban qəbristanlığı olduğu deyilir) ilə tanış olublar.

Bildirilib ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.

Daha sonra ezamiyyətdə olan qrup Baş Küngüt məbədi, Baş Küngüt qalası və qala divarları ilə tanış olublar. Qrupun rəhbəri Ellada Bəkirova bildirib ki, bu abidələrin də qorunma vəziyyəti heç də ürəkaçan deyil.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023