Aleksandr Çupriyan müvəqqəti olaraq Rusiya FHN-ə rəhbərlik edəcək

DÜNYA

11 Sentyabr 2021 | 08:37

2125 dəfə oxunub

Rusiya FHN-in rəhbərinin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan fövqəladə hallar nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunub.

REYD TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə sərəncam imzalayıb.

“Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə nazirin vəzifələrinin müvəqqəti icrası birinci müavin, daxili xidmət general-polkovniki Çupriyan Aleksandr Petroviçə həvalə edilsin”, - deyə sənəddə qeyd olunub.

Sərəncam qüvvəyə minib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023