Akar: Azərbaycan və Türkiyə Ermənistana uzatdığı sülh əlinin qəbul edilməsini gözləyir

SİYASƏT

11 May 2023 | 15:39

912 dəfə oxunub

“Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdı. Biz hələ də bu sülh əlinin qəbul edilməsini gözləyirik. Biz sülh istəyirik”.

 

REYD-in İstanbul müxbirinin DHA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı 2023” təlimlərinin nəticələrinə dair brifinq zamanı bildirib.

 

O qeyd edib ki, bölgədə sülh hər kəsin xeyrinədir:

 

“Bunu izah etməyə çalışırıq. Biz Ermənistana deyirik, özünüz olun, kənardan gələn təkliflərlə hərəkət etməyin. Düşünürük ki, bu bölgənin şərtlərinə və coğrafiyasına uyğun hərəkət etsəniz, bölgə üçün və özünüz üçün də çox daha faydalı olar”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023