Ağsu polisindən əməliyyat: Narkotacirlər ələ keçdi - FOTO

HADİSƏ

11 Sentyabr 2021 | 11:47

2237 dəfə oxunub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər ələ keçib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağsu şəhər sakini Cahangir Pənahov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma zamanı C. Pənahovun narkotik vasitəni 10 manata Cavid Fərəcovdan aldığı müəyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Üzərinə, eləcə də yaşadığı ünvana keçirilən baxış zamanı heroin, elektron tərəzi və şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023