Ağdamda "OBA Market”dən oğurluq olub.
REYD-in xəbərinə görə, hadisə ötən gecə rayonun Bənövşələr qəsəbəsində yerləşən obyektdə baş verib.Belə ki, marketin şüşə pəncərəsi sındırılaraq kassadan xeyli miqdarda pul oğurlanıb.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başlanıb.